Accessibility links

İranla nüvə proqramına dair danışıqlar fevral ayının 8-dək təxirə salınıb



BMT-nin nüvə agentliyinin bildirdiyinə görə, İranla nüvə proqramına dair danışıqlar fevral ayının 8-dək təxirə salınıb.

Yanvarın 21-də keçiriləcyi planlaşdırılan müzakirələr noyabr ayında İranla 6 ölkə arasında əldə edilən razılığın şərtlərinə əsasən keçirilməli idi.

Razılıq İranın nüvə proqramının məhdullaşdırılması müqabilində o ölkəyə qarşı beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

İran prezidenti Həsən Ruhani deyib ki, razılıq dünyanın İranın tələblərinə cavab verdiyini göstərir.

Atom Enerjisi Agentliyi İranın nüvə proqramı ilə bağlı şəffaflıq nümayiş etdirməsini istəyir.
XS
SM
MD
LG