Accessibility links

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri İranın zənginləşdirilmiş uran obyektini bağladığını bildirib.

Yukiya Amano deyib ki, İran 20 faiz uran zənginləşdirilmsənin səviyyəsini endirmək prosesinin yarısına çatıb.

İranın dünyanın 6 qüdrətli ölkəsi ilə əldə etdiyi razılaşmaya görə, uranın qalan hissəsi 20 faizədək zənginləşdirilməsi mümkün olmayacaq vəziyyətə gətiriləcək.

20 faiz zənginliyə malik olan uran nüvə silahlarının istehsalına yararlı hesab edilir.

Beynəlxalq Atom Enerjisi Agentliyi razılığa nə dərəcədə əməl edildiyini yoxlayır.

İrana isə bu razılıq müqabilində iqtisadi sanksiyaların yüngülləşdirilməsi vəd edilib. Tehran tədricən xaricdə dondurulmuş 4.2 milyardlıq neft gəlirlərini bərpa etməyə başlayır.

Razılıq keçən il Cenevrədə əldə edilib. Mart ayının 5-dən 7-dək tərəflərin Vyanada görüşü planlaşdırılıb.
XS
SM
MD
LG