Accessibility links

İranın nüvə proqramına dair danışıqlar davam etdirilir


İran və Avropa İttifaqı rəsmiləri İranın nüvə proqramının dinc mahiyyət daşıdığından əmin olmaq üçün üçüncü dəfə görüş keçirir.

İranın xarici işlər naziri Cavad Zərif və Avropa İttifaqının xarici siyasət şəbəsinin rəhbəri Katrin Eşton tərəflərin nümayəndə heyətlərinə başçılıq edir. Vyana görüşü zamanı onlar iyul ayının sonunadək İranla daimi razılıq əldə edilməsinə çalışır.

Müvəqqəti razılığa görə İran nüvə fəaliyyətlərini məhdudlaşdırmalı və bunun müqabilində o ölkəyə qarşı tətbiq edilən sanksiyaların bəzisi yüngülləşdirilməlidir.

Britaniya, Fransa, Çin,Rusiya,ABŞ,Almaniya və İran nümayəndələri daimi razılığın layihəsinin gələn aydan etibarən hazırlanacağını bildirir.
XS
SM
MD
LG