Accessibility links

Almaniyanın xarici işlər naziri nüvə proqramı ilə bağlı noyabr ayında başa çatacaq möhlətə qədərki müddətin İran üçün sonuncu imkan ola biləcəyini deyib.

Frank-Ualter Steinmeier İranı nüvə ambisiyalarına dair şübhələri aradan qaldırmağa çağırıb.

Nazirin bəyanatı İranla altılığın müzakirələrinin noyabr ayının 24-nə qədər uzadıldığı elan edildikdən sonra səslənib.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Katrin Eşton sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramını məhdudlaşdırmasına dair müzakirələrin uğurlu olduğunu bildirib.

Lakin İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tərəflər arasında bəzi məsələrdə hələ də dərin fikir ayrılığının mövcud olduğunu deyib.

Əvvəllki razılığın müddəti iyulun 20-i başa çatır.

XS
SM
MD
LG