Accessibility links

İran nüvə proqramının monitorinqinə yol veriləcəyini bəyan edib, lakin bundan əlavə heç bir təftişin qəbul edilməyəcəyini bildirib.

İran prezidenti Həsən Runahi deyib ki, qanuni iş çərçivəsindən kənar təftiş inkişaf etmiş ölkələrin marağında olmayacaq.

Ruhaninin bəyanatı onun BMT-nin nüvə agentliyinin rəhbəri Yukiya Amano ilə Tehran görüşündən sonra səslənib.

Amanonun İrana səfəri avqust ayının 25-də İrana nüvə proqramına dair məlumatın açıqlanmasına verilən möhlətin başa çatmasından əvvələ təsadüf edir.

Tehran müzakirələrini səmərəli adlandıran Amano İranın əməkdaşlıq səylərindən razılığını ifadə edib.

İran iqtisadiyyatına ciddi ziyan vuran beynəlxalq sanksiyaların aradan qaldırılmasına çalışır.

XS
SM
MD
LG