Accessibility links

Nyu-Yorkda diplomatlar İranın nüvə proqramına dair danışıqların ikinci raundunu başa vurub.

Müzakirələrdə ABŞ dövlət katibi Con Kerri, Avropa İttifaqının xarici siyasət şəbəsinin rəhbəri Ketrin Eşton və İranın xarici işlər naziri Məhəmməd Zərif iştirak edib.

Danışıqlarda hər hansısa inkişaf əldə edilib-edilmədiyi bəlli deyil.

İran və dünyanın 6 ölkəsi arasında razılığın əldə edilməsinə noyabr ayının 24-dək möhlət verilib. İran sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını azaltmalıdır.

Almaniyanın xarici işlər naziri Frank-Uolter Steinmeyer bildirib ki, son 10 ildə nüvə məsələsi həllinə bu qədər yaxın olmayıb. Lakin o, qalan işlərin daha mürəkkəb olduğunu deyib.

XS
SM
MD
LG