Accessibility links

İranın nüvə proqramına dair müzakirələrin son günü keçirilib [Fotoqalereya]


İran və 6 dövlətin xarici işlər nazirləri İranın nüvə proqramına dair müzakirələrin son gününü keçirib.

Tərəflər bu gün razılıq əldə edilməsinə dair möhlətin başa çatdığına görə müzakirələrin müddəti iyul ayının 1-dək uzadılıb.

ABŞ dövlət katibi Con Kerri çinli həmkarı ilə görüş keçirərək, danışıqlaın statusunu müzakirə edib.

Con Kerri bəzi müşkül məsələlərin həllində inkişaflar əldə edildiyini və tərəflər dünyanı daha təhlükəsiz və sabit bir yerə çevirəcək razılığın əldə edilməsinə yaxınlaşdığını deyib.

İran prezidenti Həsən Ruhani isə bildirib ki, müzakirələrin qalibi olacaq İran razılıq əldə edilənədək danışıqları davam etdirəcək.

Diplomatlar martın 1-dək iş planını hazırlayacaqlarını və 3 ay sonra onun təsdiqinə nail olacaqlarını bildirib.

ABŞ, Britaniya, Çin, Fransa və Almaniya nümayəndələrinin iştirak etdiyi müzakirələr zamanı Iranın nüvə proqramına dair yekun razılıq əldə edilməli idi.

Hazırkı müzakirələrin əsas amalı dərin fikir ayrılıqlarını aradan qaldırıb, tərəflərin öz hökumətlərini güzəştlərə razı salmaq idi.

Bağlı qapılar arxasında keçirilən müzakirələr nüvə silahı üçün kifayət edəcək uran zənginləşdirilməsi sentrifuqaları, təftiş və sanksiyaların ləğvi kimi məsələlərə həsr edilib.

XS
SM
MD
LG