Accessibility links

Onların iyul ayının 1-dək yekun razılıq əldə etməlidirlər

ABŞ dövlət katibi Con Kerri və İran xarici işlər naziri Məhəmmməd Cavad Zərif Tehranın nüvə proqramını müzakirə etmək məqsədilə ikinci gündür İsveçrədə görüş keçirir.

Kerri və Zərif bu gün Monro şəhərində iki saatlıq görüş keçiriblər. Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, onlar bu gün yenidən görüşməlidirlər.

İran və P5+1 kimi tanınan BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya, İrana martın 31-dək verdiyi möhlətdə çərçivə sazişi imzalamalıdırlar. Onların yekun razılıq əldə etmələri üçün isə iyul ayının 1-dək vaxtı var.

P5+1 İranın uranı zənginləşdirmə imkanlarının və nüvə silahı əldə etmək planlarının qarşısını alacaq razılıq əldə etməyə çalışırlar. Nüvə proqramının dinc mahiyyət daşıdığını iddia edən İran isə beynəlxalq sanksiyaların yüngülləşdirilməsini istəyir.

XS
SM
MD
LG