Accessibility links

İranın nüvə proqramına dair danışıqlar təxirə salınıb. Buna səbəb İran prezidenti Həsən Ruhaninin anasının qəfil vəfatına görə İranın nümayəndə heyətinin İsveçrəni tərk etməsi olub.

İranın İSNA xəbər agentliyi müzakirələrin gələn çərşənbə günü bərpa ediləcəyini xəbər verib.

ABŞ dövlət katibi Com Kerri İran prezidentinə baş sağlığı verib, eyni zamanda İran xalqını yeni il bayramı-Novruz münasibəti ilə təbrik edib.

İqtisadi sanksiyaların yüngülləşdirilməsi qarşılığında İranın nüvə proqramının dinc məqsədlər üçün olduğunu təminat altına alan razılıq əldə edilməsi üçün müəyyən edilən son müddət mart ayının 31-I başa çatır.

Razılıq iyul ayında yekunlaşdırılmalıdır.

XS
SM
MD
LG