Accessibility links

ABŞ prezidenti qanunvericilərə müraciət edib


ABŞ prezidenti qanunvericilərə müraciət edərək, İranın nüvə proqramına dair müzakirələrin davam etdiyi bir vaxt o ölkəyə qarşı sansksiyaların tətbiqinin yubadılmasına çağırıb.

Barak Obama bu gün Ağ Evdə təşkil edilən görüşə ev sahibliyi edib. Yığıncaqda Senatın xarici əlaqələr, bankçılıq, silahlı qüvvələr və kəşfiyyat komitələrinin üzvləri iştirak edib.

ABŞ dövlət başçısı İranla dünyanın 6 qüdrətli ölkəsi arasında sabah bərpa ediləcək Cenevrə danışıqları barədə nümayəndələrə məlumat verib. Barak Obama administrasiyasının İranla bağlı diplomatiyasının baş tutması üçün nümayəndələrin dəstəyini istəyib.

ABŞ senatoru Bob Korker sanksiyaların tətbiqi məsələsinin səsə çıxarılmayacağını deyib. Görüşdən sonra mətbuat nümayəndələri ilə görüşən senator Şükran bayramı tətillərindən sonrayadək belə bir addımın nəzərdə tutulmadığını bildirib

Qeyd edək ki, bəzi ABŞ qanunvericiləri İrana yeni sanksiyaların tətbiq edilməsini tələb edir. Onlar bu yolla Tehranın nüvə iddialarından əl çəkməyə vadar ediləcəyini düşünür.

Bu gün YouTube-da yayımlanan videoda İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, İranın nüvə proqramı nə digərləri ilə birlik yaratmaq, ya da ki, təhlükə mahiyyəti daşıyır.

O, uşaqların gələcəyinin təminat altına alınması, iqtisadiyyatın inkişafı və neftin yandırılmasının dayandırılması çün nüvə proqramına ehtiyac olduğunu bildirib.

Nazir bunun azadlıq məsələsı olduğunu deyib və əlavə edib ki, iranlılar digərlərinin gördüyü işi siz görməyin deyilməsini qəbul etməyəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG