Accessibility links

Obama administrasiyası İranla razılığın davamlı olacağına əmindir [Video]


Obama administrasiyası İranla əldə edilən razılığın İsrail də daxil edilməklə, qonşularının təhlükəsizliyi demək olduğunu bildirib. ABŞ-ın energetika naziri Ernest Moniz deyib ki, razılıq İranın nüvə istehsalı yolundan döndüyünü təminat altına alır.

Burada ilk dəfə olaraq Iranın nüvə obyektləri üzərində hərtərəfli nəzarət olacaq.

Nazir İranla nüvə müzakirələrinin iştirakçısı olub. Onun dediyinə görə, sənəd İranın gizli və açıq nüvə obyektlərinə girişə və şəffaflığa yol açır. "Burada ilk dəfə olaraq Iranın nüvə obyektləri üzərində hərtərəfli nəzarət olacaq."

Monizin dediyinə görə, sənəd müxtəlif mərhələli daimi bir razılıq olacaq."Bu 10,15,20 illik bir razılıq deyil. Bu, bütün sahələri əhatə edən daimi bir razılaşmadır. Əgər İran bu müddət ərzində etibar və etimad qazansa onda məhdudiyyətlər tədricən yumşalmağa başlayacaq. "

Ağ Ev İrana qarşı sanksiyaların nə vaxt qaldırılacağı məsələsinin hələ müzakirə edildiyini bildirir.

İranlılar sevinclə Mehrabad aeroportunda xarici işlər naziri Cavad Zərifi qarşılayırlar.

İranlılar sevinclə Mehrabad aeroportunda xarici işlər naziri Cavad Zərifi qarşılayırlar.

Ağ Evin sözçüsü Jozef Ernest bildirib ki,sanksiyaların leqal strukturu saxlanacaq. Belə ki, bu yalnız Konqres tərəfindən ləğv edilə bilər."İran hökuməti plandan imtina etsə, o zaman sanksiyalar hər an qüvvəyə minə bilər.”

Konqresin bəzi respublikaçı nümayəndələri Senata 60 gün ərzində yekun sənədin səsə qoyulmasını təklif edir.

Ağ Evin sözçüsü deyib ki,İranla heç bir anlaşma əldə edilməsini istəməyən qanunvericilər artıq hərəkətə keçib. "Onlar bir təsisat kimi öz nüfuzlarını müdafiə etməyə çalışmır. Onların məqsədi anlaşmanı məhv etməkdir."

Ağ Ev prezidentin öz səlahiyyətləri çərçivəsində hərəkət etdiyini deyərək, hər bir qanun layihəsini səsə qoymaq Konqresin işi olduğunu bildirir.

Prezident Obama isə İranla nüvə razılığını regionda sülhün təminat altına alınmasına bir imkan kimi qiymətləndirir.

XS
SM
MD
LG