Accessibility links

Prezident Tramp: İran odla oynayır


Tramp administrasiyası İranın ballistik raket sınağına cavab olaraq 13 nəfərə və onlarla şirkətə qarşı sanksiya tətbiq edib. Məlumatı bu gün Maliyyə Nazirliyi yayıb.

Bu gün Tweet hesabında "İran odla oynayır. Onlar prezident Obamanın nə qədər "mərhəmətli" olduğuna qiymət verməyib. Lakin mən o deyiləm!'' deyə Tramp yazıb.

ABŞ prezidenti Iranın rəsmi xəbərdarlıq altında olduğunu və onun ballistik raket sınağı ilə bağlı "heç nəyin masa üzərindən götürülmədiyini" bildirib.

İranın xarici işlər naziri Cavad Zərif Twitter-də Prezident Trampa cavab olaraq status yazıb. "İran hədələrdən qorxmur, bizim təhlükəsizliyimiz xalqımızdan qaynaqlanır," deyə Zərif yazıb.

Bu sanksiyalar ABŞ-ın İrana qarşı ballistik raket sınağından bəri götürdüyü ilk ölçüləridir.

Donald Tramp cümə axşamı Twitterdə yazdığı statuslarda İranla əldə edilən nüvə razılığını tənqid etmişdi. Amerika və dünyanın beş qüdrətli ölkəsi ilə əldə edilən razılıq İranın nüvə proqramını dayandırması müqabilində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

Tramp İranın bu razılığa görə “şükran” olmalı olduğunu deyib və əlavə edib ki, ölkə dağılmaq ərəfəsində ikən ona milyardlarla dollara çıxış verilib.

Qədr-F raketi İranın ali dini rəhbəri Ayətulla Əli Xamneyinin portreti yanında sərgilənir
Qədr-F raketi İranın ali dini rəhbəri Ayətulla Əli Xamneyinin portreti yanında sərgilənir

Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Flinn İranın ballistik raket buraxılışını pisləyərək, Tehranın 2015-ci ildə Birləşmiş Ştatlar və digər qüdrətli ölkələrlə əldə etdiyi nüvə razılığını hədə altına aldığını deyib.

Bəzi müstəqil ekspertlər Vaşinqtonda baş vermiş dəyişiklikləri nəzərə alaraq İrana ehtiyatla davranmağı tövsiyə edir. Kanadanın Kral Hərbi Kollecində beynəlxalq münasibətlər üzrə professor Huşəng Həsən-Yar Amerikanın Səsinə bildirib ki, Trampın Tehrana xəbərdarlıqları sabiq Prezident Corc W. Buşun ritorikasına oxşardır, və bu yanaşma Obamanın rəftarı ilə təzad təşkil edir.

Onlar prezident Obamanın nə qədər "mərhəmətli" olduğuna qiymət verməyib. Lakin mən o deyiləm!

“Nəzərə alanda ki, Tramp proqnozlaşdırıla bilməz, habelə onun siyasi və hərbi müşavirləri İranın ABŞ və onun müttəfiqlərinə törətdiyi təhlükələr haqda geniş yazıblar, yaxşı olardı ki, İran rəhbərliyi növbəti addımlarını ehtiyatla ölçüb-biçsin,” deyə Həsən-Yar bildirib.

XS
SM
MD
LG