Accessibility links

İran prezidenti OPEK iclasında iştirak etməyəcək

  • Amerikanın səsi

İran prezidenti OPEK iclasında iştirak etməyəcək

İran prezidenti OPEK iclasında iştirak etməyəcək

İranın dövlətə məxsus İRNA agentliyinin verdiyi məlumata görə, prezident Mahmud Əhmədinejad keçən həftə elan edildiyi kimi OPEK təşkilatının Vyanada qarşıdan gələn gələn iclasında iştirak etməyəcək. İclasda İran kabinet naziri səviyyəsində təmsil olunacaq. İRNA neft nazirliyinin yüksək səviyyəli müşaviri olan Şocaeddin Bazarginin verdiyi açıqlamaya istinadən cənab Əhmədinejadın tədbirdə iştirak etməyəcəyini nazirlər kabinetinin iclasında elan etdiyi haqda xəbər verib. Bundan öncə İran rəsmiləri cənab Əhmədinejadın 12 ölkənin təmsil olunduğu OPEK-in iclasında nümayəndə heyətinə başçılıq edəcəyini bildirmişdi. OPEK kartelinin iclası iyunun 8-də Vyanada keçirilməlidir. İran son 30 ildə ilk dəfə olaraq kartelin rotasiya üzrə prezidentliyini icra edir.

XS
SM
MD
LG