Accessibility links

İran sanksiyaların öhdəsindən gələ bildiyini iddia edir



İran televiziyasının verdiyi məlumata görə, neft naziri ölkənin neft satışlarında sanksiyaların öhdəsindən gələ bildiyini deyib.

BMT və Qərb ölkələri uran zənginləşdirilməsi prosesini dayandırması üçün İrana qarşı Avropa İttifaqı tərəfindən neft idxalına qadağa daxil olmaqla ciddi sanksiyalar tətbiq edib. Lakin İran beynəlxalq ictimaiyyətin çağırışlarına əhəmiyyət verməməyə davam edir. Avropa İttifaqı neft embarqosunu iyul ayında tətbiq etmişdi.

Neft naziri Rüstəm Qasemi iki ay əvvəl neft embarqosuna görə vəziyyətin pis olduğunu, lakin neft sənayesində planlaşdırma sayəsində çətinliklərin aradan qaldırıldığını bildirib. O, İran neftinin daha uzaq ölkələrə daşına biləcəyini deyib. Lakin bunun əksinə olaraq, bu yaxınlarda Çin, Hindistan və Cənubi Koreya beynəlxalq sanksiyalara əməl etmək üçün İrandan neft idxalının azaldılacağını elan edib.

İranın neft ixracatı ABŞ və Avropanın Tehranın nüvə silahları istehsalına çalışması ilə bağlı narahatlıqlara görə ölkənin neft və bank sektorlarına qarşı sanksiyalar tətbiq etməsilə əlaqədar təxminən yarıya enmişdir. İran nüvə silahı istehsalına çalışdığını rədd edərək, nüvə proqramının dinc mahiyyət daşıdığını iddia edir
XS
SM
MD
LG