Accessibility links

İran OPEK təşkilatının rotasiya üzrə prezidenti seçilib


İranın neft naziri Məsud Mirkazimi
İranın neft naziri Məsud Mirkazimi

İran son 36 ildə ilk dəfə olaraq neft ixrac edən ölkələrin OPEK təşkilatının rotasiya üzrə prezidentliyini icra edəcək. Bu haqda bildiriş bu gün OPEK ölkələrinin Vyanada keçirilən görüşü zamanı verilib. İran təşkilata prezidentliyi gələn ildən başlayaraq icra edəcək. İranın neft nazirliyinin veb səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, neft naziri Məsud Mirkazimi gələn il 12 üzvü olan kartelin prezidenti seçiləcək. İran OPEK-də ikinci ən böyük neft hasilatçısıdır. Neftə olan qlobal təlabatın 35 faizini ödəyən OPEK neft hasilatının həcmi ilə bağlı açıqlama verib. Kartel gündə 24,84 milyon barrel neft hasilatını kimi hədəfin dəyişməyərək qalacağını bildirib. OPEK daxil olan ölkələr Əlcəzair, Anqola, Ekvador, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Venesueladır.

XS
SM
MD
LG