Accessibility links

İranın müxalifət liderləri iyunu 12-i nümayişi təxirə salır


Mir Hüsyen Musəvi və Mehdi Kərrubi birgə bəyanatda bildiriblər ki, onlar insanların həyatı və əmlakını qorumaq üçün Tehranda nümayişi təxirə salmaq qərarına gəliblər

İranın müxalifət liderləri keçən il iyunun 12-də mübahisəli prezident seçkilərinin ildönümünü qeyd etmək üçün nümayişi təxirə salmağa çağırırlar.

Mir Hüsyen Musəvi və Mehdi Kərrubi birgə bəyanatda bildiriblər ki, onlar insanların həyatı və əmlakını qorumaq üçün Tehranda nümayişi təxirə salmaq qərarına gəliblər.

Bu ayın əvvəli müxalifət liderləri Tehran vilayətinin qubernatoruna nümayiş keçirilməsinə icazə verilməsi barədə müraciət göndərmişdi, lakin müraciətə cavab verilməmişdir.

Siyasi toplantı keçirmək üçün hazırda İrana hökumətin icazəsi lazımdır. Lakin İran konstitusiyasına görə dinc toplaşma üçün hökumətin icazəsinə ehtiyac yoxdur.

XS
SM
MD
LG