Accessibility links

İranda illik hərbi parad keçirilib


İran prezidenti illik hərbi parad zamanı ölkəsinin müharibə istəmədiyini, lakin hər bir hücumu dəf etməyə hazır olduğunu deyib.

Tehranda çıxış edən Həsən Ruhani bildirib ki, İran heç bir ölkəyə hücum etməyəcək, lakin təcavüzün hər bir növünə müqavimət göstərəcək. O, İranın müharibə deyil, dialoq və danışıqlar tərəfdarı olduğunu deyib.

Sabiq prezident Mahmud Əhmədinejaddan fərqli olaraq Rushani ABŞ və İsrailə qarşı heç bir ittiham səsləndirməyib.

İranın dövlət başçısı qonşu ölkələrlə əlaqələrin yaxınlaşmasını istədiyini və İran ordusunun sülh və sabitliyi dəstəklədiyini bildirib.

Seçkilərdəki qələbəsindən sonra Həsən Rushani Qərblə nüvə qarşıdurmasını həll edəcəyinə söz verib.
XS
SM
MD
LG