Accessibility links

İranın prezidenti Həsən Ruhani və onun müttəfiqləri 88 üzvü olan Ekspertlər Şurasında Tehrandan 16 yerdən 15-ni qazanıb.

Seçki nəticələri bazar ertəsi günü açıqlanıb. Ekspertlər Şurasının rəhbəri Ayətullah Məhəmməd Yazdi qələbə qazana bilməyib.

İranın xarici işlər nazirinin sözçüsü Hüseyn Cabəri Ənsari mətbuat konfransında bildirib ki, seçki nəticələri xarici əlaqələrin inkişafına müsbət təsir göstərəcək.

Şuranın üzvləri 8 il müddətində hakimiyyətdə olduqları vaxtda ali ruhani lider Ayətullah Əli Xameneyinin yerinə yeni lider seçməlidirlər.

Şura seçkiləri ilə yanaşı parlament seçkiləri də keçirilib. Parlament seçkilərinin nəticələri çərşənbə axşamı günü məlum olacaq. Qeyri-rəsmi məlumatlara əsasən Qərb təmayüllü namizədlər Tehrandan 30 yerdən hamısında qalib gəliblər. Mühafəzaklar isə əsas şəhərlər xaricində digər regionlarda qələbə qazanıblar.

XS
SM
MD
LG