Accessibility links

Mühafizəkar Əli Laricani yenidən İran parlamentinin spikeri olub. O, 290 səsdən 173-nü qazanıb, onun rəqibi, islahatçıların namizədi Məhəmməd Reza Aref 103 səs alıb.

İranın yeni parlamenti fevral və aprel aylarında keçirilən seçkidən sonra formalaşıb.

Yeni deputatların and içməsi mayın 28-də Tehranda keçirilib.

Prezident Həsən Ruhani parlamentdəki nitqində Larijaninin nüvə razılaşmasına dəstək verdiyini xüsusi vurğulayıb. O, parlamenti ölkədəki problemləri hökumətlə birgə həll etməyə çağırıb.

İslahatçılar parlamentdə 290 yerdən 133-nü tutublar. Mühafizəkarların sayı isə onlardan bir qədər azdır.

XS
SM
MD
LG