Accessibility links

İran parlamenti çərşənbə axşamı ölkənin dünyanın altı qüdrətli dövləti ilə əldə ediyi nüvə razılaşmasını təsdiq edib.

Dövlətə məxsus İRNA xəbər agentliyinin verdiyi məlumata görə, qanunvericilər 161 lehinə, 59 lehinə səs verib, 13 qanunverici isə bitərəf qalıb.
ABŞ Konqresi razılaşmanın nəzərdən keçirilməsi prosesini keçən ay bitirib. Demokratlar respublikaçıların razılaşmanın əleyhinə səs vermək səylərinin qarşısını ala bilib.

İran və Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyadan ibarət qrup arasında razılaşma bir neçə dəfə müddəti uzadılan müzakirələrdən sonra iyul ayında əldə edilib.

Razılığa əsasən, İran ölkə iqtisadiyyatını ciddi şəkildə zəiflətiş sanksiaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını məhdudlaşdırmalıdır.

İran və Qərb arasında müzakirələr Tehranın nüvə silahları istehsal etmək üçün nüvə proqramını inkişaf etdirdiyi ilə iddiaları ünvanlamaq məqsədilə aparılırdı.

İran bu iddiaları rədd edərək, nüvə proqramının dinc xarakter daşıdığında təkid edirdi.

Razılığın həyata keçirilməsində növbəti mühüm addım Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə proqramının hərbi aspektləri ilə bağlı on ildən çoxdur apardığı təhqiqatın nəticələrinə dair hesabat olacaq.

Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Yukiya Amano hesabatı dekabr ayının 15-də açıqlamalıdır.

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın beynəlxalq nüvə razılığının şərtlərinə əməl edib-etməməsini monitorinq edir. İrana qarşı sanksiyalar yalnız təşkilatın Tehranın razılığa əməl etdiyini bildirməsindən sonra qaldırıla bilər.

XS
SM
MD
LG