Accessibility links

İranda qadınlara xarici pasport verilməsi məhdudlaşdırılır


Pasport
Pasport

İran parlamenti yaşı 40-dan aşağı olan qadınlara xarici pasport verilməsinin məhdudlaşdırılmasına səs verib

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyası yaşı 40-dan aşağı olan subay qadınlara xarici pasport verilməsinin məhdudlaşdırılması layihəsinə səs verib.

“Media forum” saytının məlumatına görə, komissiyanın sözçüsü Hüseyn Nəqəvi jurnalistlərə açıqlamasında deyib:

“Bundan sonra yaşı 40-dan aşağı olan subay qadınlar xarici pasport almaq üçün ya atalarının və himayəsi altında yaşadığı qəyyumunun yazılı icazəsini təqdim etməlidir, ya da şəriət hakiminin bu haqda hökmü olmalıdır”.

İranın hazırkı pasport qanununa görə, xarici pasport almaq istəyən evli qadınlar öz ərlərinin və ya şəriət hakiminin yazılı icazəsini təqdim etməlidir.
XS
SM
MD
LG