Accessibility links

Əli Əkbər Salehi:"Müsəlman ölkələrlə münasibətləri yaxşılaşdırmaq prioritedir."

  • Amerikanın səsi

Əli Əkbər Salehi İranın xarici işlər nazirliyinə gələn zaman, Tehran, 18 dekabr 2010

Əli Əkbər Salehi İranın xarici işlər nazirliyinə gələn zaman, Tehran, 18 dekabr 2010

İranın yeni müvəqqəti xarici işlər naziri Əli Əkbər Salehi deyib ki, Tehranın müsəlman qonşuları, xüsusilə də Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırılması onun üçün başlıca prioritetlərdən biridir. Bu gün rəsmən xarici işlər naziri vəzifəsinin icrasına başlayan Əli Əkbər Salehi bildirib ki, Səudiyyə Ərəbistanı İranla xüsusi siyasi əlaqələrə malik olmaöa layiqdir. Onun sözlərinə görə, İran və Səudiyyə Ərəbistanı regionda ikitərəfli əməkdaşlıq yolu ilə bir sıra problemlərin həllinə nail ola biləcək nüfuzlu ölkələrdi. WikiLeaks saytında açıqlanmış ABŞ-ın məxfi teleqramlarında Səudiyyə Ərəbistanının İranın nüvə proqramından narahatlığını bildirdiyi yazılıbı. Salehi həmçinin Avriopa Birliyi ilə daha möhkəm münasibətlər qurulmasına çağırıb.

Prezident Mahmud Əhmədinejad bazar ertəsi günü keçmiş xarici işlər naziri Mənuçehr Möttəkini vəzifədən kənarlaşdırıb. Möttəki 2005-ci ildən İranın xarici işlər naziri idi. Prezident Əhmədinejad onun kənarlaşdırılmasının səbəbləri ilə bağlı şərh verməyib. Əli Əkbər Salehi İranın həm də Beynəlxalq Atom Enerjisində səfiridir.

XS
SM
MD
LG