Accessibility links

İranın sabiq vitse-prezidenti Məhəmməd Reza Ərəfin namizədliyini geri götürməsi ilə prezident seçkilərində altı namizəd iştirak edəcək

İranın sabiq vitse-prezidenti Məhəmməd Reza Ərəf cümə günü keçiriləcək prezident seçkilərində namizədliyini geri götürüb.

Cənab Ərəfin yaydığı bəyanatda deyilir ki, o, sabiq islahat yönlü prezident Məhəmməd Xatəmidən onun bu seçkilərdə iştirak etməsinin müdrük addım olmadığı deyilən məktub alıb.

61 yaşlı islahat tərəfdarı Ərəfin prezidentliyə namizəd Həsən Ruhanini dəstəkləyəcəyi gözlənilir.

Ərəf prezident seçkilərində namizədliyini geri götürən ikinci şəxsdir. Bazar ertəsi günü Qulam Əli Həddad Adelin namizədliyini geri götürməsi ilə prezident Mahmud Əhmədinejadı əvəzləmək üçün seçkiyə qatılan namizədlərin say yeddiyə enmişdi. Ərəfin bu addımı ilə hazırda İran prezidentliyi uğrunda altı namizəd mübarizə aparacaq.

İranın Nəzarət Şurası namizədlərin siyahısını təsdiqləyib. İran konstitusyasına görə cənab Əhmədinejad üçüncü dönəm prezident olmaq üçün namizədliyini irəli sürə bilməz.
XS
SM
MD
LG