Accessibility links

İranlılar prezident seçkilərinə hazırlaşır



İranlılar təhlükəsizlik tədbirlərinin gücləndirildiyi və seçki prosesinin rejim tərəfindən güclü nəzarəti altında cümə günü prezident seçkilərində səs verməyə hazırlaşır.

Prezidentliyə altı namizədin kampaniyası cümə axşamı başa çatıb. Namizədlərin hamısı İranı idarə edən din xadimlərindən ibarət şura tərəfindən təsdiq edilib. Prezidentliyə namizədlərin hökumət strukturlarını dəstəkləyib ali dini rəhbərə yaxın olan sərt xətt tərəfdarı olduğu hesab edilir.

İran hökuməti ölkə sərhədlərini bağlayıb. Son günlər ölkədə dissidentlərin təqib olunması və bəzi jurnalistlərin həbs edildiyi bidirilir. Xarici xəbər agentliklərinin böyük hissəsi seçkilərdən öncə İrana daxil olmaq üçün viza almaq cəhdlərinin hökumət tərəfindən diqqətə alınmadığını bildirir.

İran əhalisinin təxminən 55 milyonu səsvermə hüququna malikdir.
XS
SM
MD
LG