Accessibility links

İran prezidenti Avstriya və Belçikaya gedəcək


İran prezidenti Həsən Ruhani yaxın həftələrdə Avstriyaya və Belçikaya səfər edəcək.

İRİB telekanalının verdiyi məlumata görə, bu barədə İran prezident administrasiyasının rəhbəri Məhəmməd Nahavandian bildirib.

Cənab Nahavadian səfərlərin gündəliyini şərh edərək qeyd edib ki, İrana da xarici rəsmi şəxslərin səfərləri gözlənilir.

Onun sözlərinə görə, yaxın həftələrdə İsveçrə prezidenti İrana rəsmi səfərə bilər.

Xatırladaq ki, Qərbin İrana tətbiq etdiyi sanksiyalar qarşılığında Tehran nüvə proqramını məhdudlaşdırmağa razılaşdıqdan sonra İran üçün yeni era başlanıb.

Bu münasibətlə Fransaya səfər edən Həsən Ruhani prezident Fransua Ollandla da görüşüb.

İran prezidentinin artıq görüşdüyün şəxs arasında Roma Papası da var.

Fəallar İran prezidentinin səfərinə etiraz edərək, ölkədə edamlara qarşı şüarlar səsləndirib. Qadın fəallardan biri Paris körpüsündə yarı-çılpaq şəkildə asıldığını imitasiya edib. Qadının sinəsində İran bayrağı çəkilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG