Accessibility links

İran prezidenti deyir ki, ölkəsi dünya liderləri ilə nüvə danışıqlarında şəffaflıqdan başqa əlavə heç nə təklif edə bilməz.

Bu gün dövlət televiziyasında yayımlanan Prezident Həsən Ruhaninin açıqlaması növbəti raund nüvə danışıqlarından bir neçə gün öncəyə təsadüf edir.

Onun İrandakı tənqidçiləri iddia edir ki, cənab Ruhani adminsitrasiyası Qərbə bir çox güzəştlərə gedib.

Prezidenti televiziyadakı müsahibəsi zamanı deyib ki, İran heç zaman öz proqramından vaz geçərək “nüvə aparteidini” və “elmi ayrıseçkiliyi” qəbul etməyəcək.

İran nüvə proqramının dinc mahiyyətli olduğunu, tibbi araşdırmaq və enerji hasilatı üçün istifadə məqsədi daşıdığını bildirir.

Qərb isə İranın nüvə silahı hazırlamağa çalışdığını iddia edir.
XS
SM
MD
LG