Accessibility links

İran prezidenti Həsən Ruhani bu gün xalqa müraciəti zamanl deyib ki, seçicilər ölkə üçün düzgün və uyğun gələcək yolunu seçib. O, bununla keçən həftə keçirilən seçkilərdə Ekspertlər Şurasına və parlamentə seçilən üzvləri nəzərdə tutub. İslahatçılar hər iki qurumda böyük üstünlük əldə edib. Cənab Ruhaninin sözlərinə görə, ölkənin sahibi xalqdır və gələcək yolu və istiqaməti onlar müəyyən etməlidir.

62 faizlik seçici fəallığı ilə yadda qalan səsvermədə islahatçılar parlamentdəki saylarını 3 artırmaqla yanaşı, Ekspertlər Şurasında Tehrandan olan 16 yerdən 15-nə yiyələnib. Bu seçkilər mühafizəkarların ciddi itki ilə üzləşməsi ilə yanaşı, həm də 12 qadının seçilməsi ilə yadda qalıb. Onlarla yer uğrunda mübarizə çox yaxın olduğundan, guman ki, həmin yerlərin sahibləri aprel ayında keçiriləcək ikinci mərhələdə müəyyənləşəcək.

Bəzi analitiklər deyir ki, nəticələr Qərblə əlaqələrin yaxşılaşmasına və ölkəyə daha çox investisiyanın yatırılmasına gətirib çıxara bilər.

The New York Times bu gün dərc etdiyi redaksiya məqaləsində İrandakı seçkilərin demokratik prinsiplərdən çox uzaq olduğunu, məhkəmələrdə, iqtisadi və təhlükəsizlik məsələlərində mühafizəkarların böyük mövqeyə sahib olduğunu və İranın hələ də Yaxın Şərqdə sabitsizlik faktoru kimi qaldığını bildirib.

XS
SM
MD
LG