Accessibility links

Iran prezidentinin baş çəkdiyi gün zavodda partlayış olub


Iran prezidentinin baş çəkdiyi gün zavodda partlayış olub

Iran prezidentinin baş çəkdiyi gün zavodda partlayış olub

Partlayışın İran prezidentinin bölgəyə səfər proqramına təsir göstərmədiyi bildirilir.

Mayın 24-də İran prezidenti Mahmud Əhmədinejad ölkənin Abadan şəhərində neftayırma zavodunun benzin istehsalı ilə bağlı layihəsinin açılışında iştirak edib.
“Media forum” saytı xəbər verir ki, açılış mərasimi başa çatandan sonra zavodun benzin istehsalına aid hissəsində partlayış olub. Nəticədə ərazidə yanğın başlayıb. İlkin məlumata görə, hadisədə 1 nəfər h’lak olub, 10 nəfər yaralanıb.
Hadisənin İran prezidentinin bölgəyə səfər proqramına təsir göstərmədiyi, hazırda Əhmədinejadın dövlət televiziyası ilə birbaşa efirdə çıxış etdiyi bildirilir.

Iran parlamentinin enerji komissiyasının sədri Həmidrza Katuziyan jurnalistlərə açıqlamasında Abadan şəhərinin neftayırma zavodunda baş vermiş partlayışın qəsdən törədilmədiyini bildirib.
Həmidrza Katuziyan deyib: “Mən bundan əvvəl neftayırma zavodunun rəhbərlərinə xəbərdarlıq etmişdim ki, zavodun benzin istehsal edən hissəsi bu vəziyyətdə işə salınsa partlayış təhlükəsi ilə üz-üzə qala bilər. Bu partlayış təxribat və ya bilərəkdən törədilmiş bir hadisə deyil. Hadisə sadəcə olaraq neftayırma zavodunun benzin istehsal edən hissəsinin istifadəyə hazır olmaması ilə bağlıdır”, - deyə o qeyd edib.

XS
SM
MD
LG