Accessibility links

İranda prezidentliyə namizədlərin ilk debatında iqtisadiyyat başlıca məsələ olub



İranda prezidentliyə səkkiz namizəd ölkənin ağır durumda olan iqtisadiyyatı ilə bağlı sualları cavablandırıblar.

Bu, ilk dəfədir ki, Nəzarət Şurası debata çıxan bütün səkkiz namizədin adı olduğu siyahını açıqlayıb.

Bir neçə namizəd İran iqtisadiyyatına zərər vuran beynəlxalq sanksiyalar məsələsinə toxunub.

Ali dini rəhbər Ayətullah Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti inflasiyanın azaldılması və işini itirmiş iranlıların iş yerilərinə qayıtması üçün dünya ilə barışığa çağırııb.

Yüksək səviyyəli dini xaim və nüvə danışıqlarında keçmiş vasitəçi Həsən Ruhani iş yelərinin açılmasının başlıca prioritet olduğunu deyərək, 800 min universitet məzunu da daxil olmaqla, üç milyon iranlının işsiz olduğunu qeyd edib.
XS
SM
MD
LG