Accessibility links

İranın yeni qadın qanunları tənqidlərlə qarşılanır [Video]


Qanunlar doğum səviyyəsi və əhalinin azalmasının qarşısı almağa yönəlib

İnsan haqları təşkilatı Amnesty International-ın məlumatına görə, İranda təqdim olunacaq yeni qanunlar qadınların doğum nəzarəti və işlərə çıxışlarını məhdudlaşdıracaq. Qanun İrannın gələcəyinə böyük təhlükə hesab edilən doğum səviyyəsi və əhalinin azalmasının qarşısı almağa yönəlib.

Amnesty International bildirir ki, yeni qanun qəbul olunsa İranda qadınların kontraseptivlərdən istifadəsi məhdudlaşdırılacaq və onlar əmək bazarından xaric olunacaqlar. Təşkilat hökümətin qadınları insan yox, “uşaq düzəldən aparata” çevirmək istədiklərini iddia edir.

İran rəsmiləri hər şeydən əvvəl könüllü qadın sterilizasiyasının qarşısını almaq istəyirlər

“İran rəsmiləri hər şeydən əvvəl könüllü qadın sterilizasiyasının qarşısını almaq istəyirlər. Maraqlısı budur ki, bu metod İranda dərmanlardan sonra ikinci ən çox istifadə olunan metoddur. Onlar həmçinin cinsi reproduktiv sağlamlıq, əsasən də kontraseptivlərdən istifadə haqqında informasiyaya çıxışı da məhdudlaşdırırlar.”

Behreyni deyir ki, bu cür məhdudiyyətlərin anaların sağlamlığına uzun-müdətli təsiri ola bilər.

“Onların istəmədikləri hamililiklərini davam etdirməkdən başqa çıxış yolları olmayacaq və ya yeganə çıxış yolu hamiləliklərinə qeyri-qanuni, ya da təhlükəli abortla son qoymaq olacaq.”

1980-ci illərdə baş verən İran-İraq müharibəsinin çətinlikləri və ailələrin kiçildilməsinə yönəlmiş hökümət qanunları azalan doğum səviyyəsinə səbəb oldu, deyə London Kral Kollecinin professoru Şirin Hüseyn bildirir.

“İranda doğum səviyyəsi 1980-ci illərdə azalmağa başladı. Ondan sonra isə daha da sürətlə azaldı.”

Hazırda doğum səviyyəsi 1.8 faiz təşkil edir ki, bu “əvəzetmə səviyyəsindən” aşağıdır. Evliliklərin sayı azalır, boşanmaların sayı isə artır. Bu da əhalinin sayının azalmasına gətirib çıxarır, deyə xanım Hüseyn bildirir.

“Söhbət təkcə kontraseptivlər və ailə planlaşdırılmasından getmir. Söhbət evlilik, boşanma, yenidən evlənmə səviyyələrindən və evlilik yaşından gedir. İqtisadi çətinliklərlə birlikdə bu insanların ailə qurmalarını və uşaq sahibi olmalarını çətinləşdirir.”

Amnesty bildirir ki, təklif olunan ikinci qanun iş vakansiyalarında üstünlüyü kişilərə və uşaqlı qadınlara verilməsi ayrı-seçkiliyi daha da artıracaq. Uşağı olmayan gənc qadınlar isə sonda gələcək.

Bu o deməkdir ki, İranda qadınlar əmək bazarından təcrid olunacaqlar. Bundan əlavə qanun boşanmanı da çətinləşdirir. Qadınlar artıq boşananda bir sıra problemlə üzləşir və onların kişilərə bərabər boşanma haqları yoxdur

“Bu o deməkdir ki, İranda qadınlar əmək bazarından təcrid olunacaqlar. Bundan əlavə qanun boşanmanı da çətinləşdirir. Qadınlar artıq boşananda bir sıra problemlə üzləşir və onların kişilərə bərabər boşanma haqları yoxdur.”

İranın məqsədi azalan və yaşlanan əhalinin qarşısını almaqdır. Ancaq Şirin Hüseyn deyir ki, bu qanunlar əlavə qısamüddətli iqtisadi çətinliklər yaradacaq.

“Daha çox uşağa sahib olmaq uzun müddətdə həll oluna bilər. Lakin yenə də bu yüksək iqtisadi dəyərə bağlıdır, əsasən də qısa müddətdə, çünki onda tibbi və təhsil xidmətlərinə tələb artır.”

Şirin Hüseyn deyir ki, yaşlanan əhalinin hökümət xidmətlərini tükəndirdiyi üçün demoqrafik dəyişikliklər bütün regionda hiss olunur.

XS
SM
MD
LG