Accessibility links

İran Azərbaycanının 4 əyalətində 210 qəzet və jurnalın nəşrinə icazə verilir

  • Insafəli Hidayət

İran qəzetləri

İran qəzetləri

İranın rəsmi mənbələrinin bildirdiyinə görə, Azərbaycanın 4 əyalətində 210 qəzet və jurnalın çapına icazə verilir. Bu qəzetlər əsasən fars dilində məqalələr dərc edir. Qəzetlərin yalnız bir neçə səhifəsində azərbaycan dilində aşağı keyfiyyətli yazılara yer verilir.

İran qanunlarına əsasən o ölkədə fars dili olmadan tək bir dildə nəşriyyat qadağandır.
Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərində dərc edilən 210 qəzet və jurnalın yalnız 15-nin gündəlik nəşr imkanı var. Bu əyalətlərin paytaxtlarında 101 həftəlik, 56 aylıq qəzet və ya dərci çapa verilir. Hər 3 aydan bir dərc edilən qəzetlərin sayı 37-dir.

Nəşriyyatın 50 faizdən artığı Təbriz şəhərinin payına düşür. Təbrizdə dərc edilən 113 qəzet və jurnalın 11 gündəlikdir.

Nəşriyyat sayına görə Təbrizdən sonra Urmiyyə, daha sonra isə Ərdəbil gəlir.
XS
SM
MD
LG