Accessibility links

ABŞ İranın balistik raket sınağını qınayır


Çərşənbə axşamı ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi Nikki Heyli İranın bu yaxınlarda balistik raket sınağı həyata keçirməsini “tamamilə qəbuledilməz” adlandırıb.

“Birləşmiş Ştatlar sadəlövh deyil. Biz bunu gözardı etməyəcəyik. Biz müvafiq tədbirlər görəcəyik. Biz onların bizim bunu qəbul etməyəcəyimizi anlamalarını təmin edəcəyik,” deyə Heyli bildirib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı Tehranda fransalı həmkarı Jan-Mark Ayro ilə görüşü zamanı balisik raket sınağını nə təsdiq, nə də inkar edib. Lakin o, İran raket proqramının 2015-ci ildə ABŞ və beş digər dünya qüdrəti ilə əldə olunan nüvə razılığının bir hissəsi olmadığını təkid edib.

İran razılığı əldə olunandan sonra qəbul edilən BMT-nin 2231 nömrəli qətnaməsində İran balistik raketlərlə bağlı heç bir fəaliyyət göstərməməyə çağırılır, lakin konkret olaraq bunu etməməsi tələb olunmur.

ABŞ prezident Donald Tramp İranla nüvə razılığını “dəhşətli” adlandırıb və seçki kampaniyası zamanı razılığı ləğv edəcəyiini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG