Accessibility links


İranın Xarici İşlər nazirliyinin sözçüsü Ramin Mehmanpərəst gələn ay prezident seçkilərində yarışlara qoşulandan sonra vəzifəsindən istefa verib.

İranın yarı-rəsmi Mehr agentiyi Ramin Mehmanpərəstin vəzifəsindən istefa verdiyi haqda məlumat verib. Xəbər agentliyi onun istefasının səbəblərini göstərməsə də, bu haqda məlumat iyunun 14-də prezident seçkilərində qeydiyyat üçün qoyulmuş möhlətin bitməsindən bir neçə saat sonra verilib.

Mehr agentliyinin bildirdiyinə görə, Ramin Mehmanpərəsti bu vəzifədə İranın nüvə danışılarında vasitəçilərdən ibarət heyətin üzvü olan Abbas Arakçı əvəz edəcək. Abbas Arakçı yeni zamanda Asiya və Okeaniya bölgələri üzrə xarici işlər nazirinin müavini vəzifəsinin icrasını davam etdirəcək.

50 yaşlı Arakçı təhsilini Britaniyada alıb. O, 2008-2011-ci illər arasında İranın Yaponiyada səfiri olub.
XS
SM
MD
LG