Accessibility links

İranla razılaşma tərəflərə nə vəd edir? [Video]


İranla razılaşma tərəflərə nə vəd edir?
please wait

No media source currently available

0:00 0:02:11 0:00

İranla razılaşma tərəflərə nə vəd edir?

Təhlilçilər İran və dünya qüdrətləri arasında nüvə razılığına tam əməl olunsa, bunun tərəflər üçün mühüm təsirləri olacağını bildirir. Onlar deyir ki, razılıq ideal olmaya bilər, lakin bu, bütün tərəflərin əldə edə biləcəyi ən uğurlu nəticədir.

Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Federika Mogerini İran və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü, habelə Almaniya arasında danışıqlar marafonu nəticəsində razılığın əldə edildiyini elan etdi. Razılığa əsasən, sanksiyaların yüngülləşdirilməsi müqabilində Tehranın nüvə silahı istehsalı qabiliyyətinin qarşısının alınır.

“Bu, uzun müddətdir gözlənilən bir məqamdır və biz bu məqama yetişmək üçün çox işləmişik”-Con Kerri

ABŞ Dövlət katibi Con Kerri: “Bu, uzun müddətdir gözlənilən bir məqamdır və biz bu məqama yetişmək üçün çox işləmişik.”

İrana gəldikdə isə bu, iqtisadi məhdiyyətlərin aradan qaldırılması üçün yolun açılması deməkdir.

“BMT-nin, Avropa və ABŞ-ın sanksiyalarını İran iqtisadiyyatına böyük təsiri olub və onların qaldırılmsı Tehranın bir nömrəli məqsədi idi”-deyə təhlilçi Robert Eynhorn bildirir.

Nyu-York universitetində tərksilah məsələləri üzrə ekspert Robert Eynhornun sözlərinə görə, razılığın əldə edilməsinin faydaları sanksiyalar çərçivəsindən kənara çıxır.

“BMT-nin, Avropa və ABŞ-ın sanksiyalarını İran iqtisadiyyatına böyük təsiri olub və onların qaldırılmsı Tehranın bir nömrəli məqsədi idi”-təhliçi Robert Eynhorn

“İranlıların çoxu razılığın İranın beynəlxalq ictimaiyyət arasında təcrid edilmiş statusuna son qoyacağı perspektivini alqışlayır. İranda xüsusilə gənclər beynəlxalq ictimaiyyətə inteqrasiya etmək istəyir və razılığa bu istiqamətdə mühüm addım kimi baxır.”

Plana əsasən, İran uran zənginləşdirilməsi prosesini və zənginləşdirilmə ilə bağlı fəaliyyətlərini məhdudlaşdırır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəffişləri prosesə əməl edilməsini nəzarət edəcək.

”Kompromislər edildi, lakin tərəflər öz ölkələrində razılığın müvəffəqiyyət kimi qəbul edilməsinə nail oldu”-təhliçi Tom Kollina

Təhlilçi Tom Kollina deyir ki, razılığın davamlılığını təmin üçün tərəflər buna qələbə kimi baxmalıdır:”Kompromislər edildi, lakin tərəflər öz ölkələrində razılığın müvəffəqiyyət kimi qəbul edilməsinə nail oldu.”

Təhlilçinin sözlərinə görə, bu, ideal razılıq olmasa da, müzakirəçilərin əldə edə biləcəyi ən yaxşı sazişdir.

XS
SM
MD
LG