Accessibility links

ABŞ və İran müzakirəçiləri bu gün İranın nüvə proqramına dair danışıqların son gününü keçirir.

Dünən görüş keçirən ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Cavad Zərif razılıq əldə ediləcəyinə dair ümidlərini dilə gətirib.

İran prezidenti Həsən Ruhani müzakirədə iştirak edən 6 ölkə nümayəndəsinə İranın nüvə məsələsindəki mövqeyini əks etdirən məktub ünvanladığını deyib.

ABŞ rəsmiləri məktub aldıqlarını desələr də, məktubun mətni barədə məlumat verməyiblər.

Bundan əlavə İranın dövlət başçısı Twitter-də Çin, Rusiya, Fransa və Britaniya liderlərini İrana qarşı ədalətsiz sanksiyaların ləğvinə çağırdığını yazıb.

İqtisadi sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramının dinc mahiyyət daşıdığını təminat altına alacaq razılığın əldə edilməsi üçün müəyyən edilən son müddət mart ayının 31-i başa çatır.

Razılıq iyul ayında yekunlaşdırılmalıdır.

XS
SM
MD
LG