Accessibility links

İranla razılığın təsdiqi ətrafında mübahisələr davam edir


ABŞ-da təqaüddə olan 200-ə yaxın yüksək rütbəli sabiq hərbiçi qanunvericiləri İranla əldə edilən razılığı rədd etməyə çağırır.

Konqresin hər iki palatasına ünvanlanan məktubda deyilir ki, İrana qarşı sanksiyaların ləğvi və gələn on il ərzində rejimin milyardlarla dollarının azad edilməsi İsrail və Yaxın Şərqin təhlükəsizliyinə ciddi hədə törədəcək.

Bir həftə bundan əvvəl təqaüddəki 36 sabiq ordu nümayəndəsinin məktubunda razılığın dəstəklənməsinə çağırılıb.

Məktubda deyilib ki, Amerika, onun Yaxın Şərqdəki müttəfiqləri və bütün dünya İranla razılığın həyata tətbiqindən sonra daha təhlükəsiz yerə çevriləcək.

ABŞ Konresi sentyabrın 17-dək razılığı ya qəbul, ya da rədd etməlidir.

Razılıq İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutur.

Obama administrasiyası razılığın bundan əlavə İranın vədlərinə əməl edib-etməməsinə dair təştişlərə də yol açacağını bildirir.

Konqresin respublikaçı üzvləri və Barak Obamanın Demokrat Partiyasından qanunvericilərin bir hissəsi razılığı təsdiq etməyəcəklərini bildirib.

Prezident Obama razılığın rədd edilməsi qərarına veto qoyacağını bildirir.

XS
SM
MD
LG