Accessibility links

İranın dövlət mediasının bildirdiyinə görə, bir ilə yaxındır nəzarət altında olan Washington Post qəzetinin jurnalistinin məhkəmə prosesi başlamalıdır. Ceyson Rezaianinin məhkəməsi mayın 26-na təyin edilib.

Fransanın onun vəkilinə istinad edən xəbər agentliyi bildirib ki, Rezaian onunla birlikdə nəzarət altına alınan həyat yoldaşı və daha bir şəxslə məhkəmə qarşısına çıxarılacaq.

ABŞ və mətbuat azadlığı qrupları jurnalistin həbsini kəskin şəkildə qınayaraq, onun dərhal azadlığa buraxılmasını tələb edir.

ABŞ Dövlət Departamenti Rezainiyə qarşı irəli sürülən 4 ittihamı “absurd” adlandırıb.

Ağ Ev ittihamların ləğvinə çağırıb.

Günahkar tanındığı təqdirdə jurnalisti 10-la 20 il arasında həbs cəzası gözləyir.

Qəzetin Tehran şöbəsinin müdiri Rezaian ikili vətəndaşlığa malikdir.

Ceyson Rezaian iyun ayından nəzarətdədir.

XS
SM
MD
LG