Accessibility links

İranda həbsdə olan dörd amerikalı azad edilib


Washington Post qəzetinin müxbiri Ceyson Rezaiyan

Washington Post qəzetinin müxbiri Ceyson Rezaiyan

İran şənbə günü məhbusların mübadiləsi çərçivəsində dörd amerikalı iranlını azad etdiyini bildirib. İran mediasının verdiyi məlumata görə, Washington Post qəzetinin keçən il Tehranda casusluq ittihamı ilə məhkum edilmiş müxbiri Ceyson Rezaiyan da onlar arasındadır.

İran azadlığa buraxdığı şəxslərin kimliyi ilə bağlı məlumatı dərhal açıqlamayıb, lakin Tehranın ictimai prokuroru Abbas cəfəri Dğvlətabadi məhbusların azadlığa "Ali Milli Təhlükəsizlik Şurasının qərarına uyğun olaraq" buraxıldığını deyib.

Bu addım İranın nüvə proqramını məhdudlaşdırması müqabilində Tehrana qarşı tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasına hazırlaşdığı zaman atılır.

Əmir Mirzə Hekməti

Əmir Mirzə Hekməti

Washington Post qəzetinin Tehrandakı müxbiri Ceyson Rezaiyan həm Amerika, həm də İran vətəndaşlığına malikdir. O, qapalı keçən məhkəmədə casusluq ittihamı ilə məhkum edilib və 500 gündən artıq həbsdə qalıb.

Tehranın daha üç amerikalını həbsdə saxladığı məlumdur. Onlardan biri 2011-ci ildə ailəsinə baş çəkmək üçün Tehrana səfər etmiş ABŞ hərbi dəniz qüvvələrinin keçmiş zabiti Əmir Hekməti, digəri isə 2012-ci ildə İran paytaxtında saxlanılan xristian rahib Səid Abedinidir.

Səid Abedini

Səid Abedini

Federal Təhqiqatlar Bürosunun keçmiş agenti Robert Levinson 2007-ci ildən İran tərəfindən saxlanır. Onun bu gün azad edilən dörd amerikalı arasında olub-olmadığı aydın deyil.

İran Levinsonun saxlandığı zaman ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin kontraktoru ilə əlaqəsi olduğunu iddia edir.

Show comments

XS
SM
MD
LG