Accessibility links

İranın nüvə proqramına dair əhatəli razılıq iyula qədər əldə edilə bilər


İran prezidenti Həsən Ruhani Tehranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan əhatəli razılaşmanın iyul ayında əldə edilə biləcəyini deyib.

Şanxayda müxbirlərlə danışan prezident Ruhani deyib ki, razılığın əldə edilməsi mümkündür, lakin belə görünür, əhatəli saziş iyul ayının sonuna qədər hazır olacaq.

İran prezidenti bu açıqlamaları keçən həftə Vyanada Tehran və BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniyanın nümayəndələri ilə danışıqların növbəti raundunda inkişafın əldə edilməməsindən sonra verib.

Beynəlxalq Atom Enerjisi Agentliyi Tehranın partlayıcı maddələr və Qərbin nüvə silahları istehsalına kömək edə biləcəyinə inandığı başqa fəaliyyətlərlə bağlı sualları ünvanlamağa razı olduğunu bəyan edib.

İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə dünya qüdrətlərindən ayrı da danışıqlar aparır. Lakin hər iki formatda keçirilən danışıqların diqqət mərkəzində Tehranın nüvə fəaliyyətlərinin silah istehsalı ilə bağlı olub-olmaması məsələsi durur.
XS
SM
MD
LG