Accessibility links

İran prezidenti hazırkı nüvə müzakirələrinin olduqca yavaş getdiyindən şikayətlənərək, noyabrın 24-dək razılıq əldə edilməsi üçün prosesin sürətləndirilməsinə çağırıb.

Həsən Ruhani deyib ki, on illərdir biz müzakirələrdə iştirak edirik və indiki kimi ciddi istək görməməmişdik. Prezident tərəfləri cəsarət nümayiş etdirməyə çağırıb.

İranın dövlət başçısının dedikləri Nyu-Yorkda diplomatların İranın nüvə proqramına dair danışıqların ikinci raundunu başa vurmasından sonra təsadüf edib.

Müzakirələrdə ABŞ dövlət katibi Con Kerri, Avropa İttifaqının xarici siyasət şəbəsinin rəhbəri Ketrin Eşton və İranın xarici işlər naziri Məhəmməd Zərif iştirak edib.

Danışıqlarda hər hansısa inkişaf əldə edilib-edilmədiyi bəlli deyil.

İran və dünyanın 6 ölkəsi arasında razılığın əldə edilməsinə noyabr ayının 24-dək möhlət verilib. İran sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramını azaltmalıdır.

Almaniyanın xarici işlər naziri Frank-Uolter Steinmeyer bildirib ki, son 10 ildə nüvə məsələsi həllinə bu qədər yaxın olmayıb. Lakin o, qalan işlərin daha mürəkkəb olduğunu deyib.

XS
SM
MD
LG