Accessibility links

Həsən Ruhani: Irana qarşı beynəlxalq sanksiyalar ləğv edilir


İran prezidenti Həsən Ruhani gələn bir neçə həftə ərzində ölkəsinə qarşı beynəlxalq sanksiyaların ləğv ediləcəyini bildirib.

Açıqlama BMT-nin nüvə agentliyinin İranın nüvə obyektlərində təştişi başa çatdırmasından sonra səslənir.

Televiziya ilə müraciəti zamanı Ruhani deyib ki, İranla dünyanın 6 qüdrətli dövləti arasında əldə edilən razılığa görə sanksiyalar 2-3 həftədən sonra ləğv ediləcək.

Beynəlxalq Atom Enerjisi Agentliyi dünən yekdilliklə İranın nüvə yoxlanışının dayandırılmasına dair qətnamə qəbul edib.

Həmin gün BMT müfəttişləri oktyabr ayında ballestik raketdən istifadə etməklə BMT-nin qətnaməsini pozduğunu bəyan edib.

Ballistik raketlər

BMT qətnaməsi İranın ballistik raketlərdən istifadə edilməsini yasaqlayır.

Raketin buraxıldığı gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif raketin nüvə başlıqları daşıdığını inkar edib.

İran ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya ilə razılığı iyul ayında əldə edib.

Razılıq İranın nüvə fəaliyyətlərini məhdudlaşdırılması müqabilində o ölkəyə qarşı sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutur.

XS
SM
MD
LG