Accessibility links

Əli Xameneyi: İran ABŞ-ın təsirinə düşməyəcək [Video]


Ayətullah Xameneyi Tehranda tərkibində mətbuat nümayəndələrinin olduğu qrup qarşısında çıxış edib.

Ayətullah Xameneyi: "Onlar bu razılaşmanın hələ İran və Amerikada qəbul edilib-edilməyəcəyi halda onların təsirinə qalacağını düşünürlər. Biz bu yolları bağlamışıq və gələcəkdə də mütləq bağlayacayıq."

Xameneyinin çıxışı “Amerika, İsrailə və Britaniyaya ölüm” şüarları altında müşayiət olunub. İsrail hökuməti və ABŞ millətvəkillərindən bəziləri Tehranla nüvə razılaşmasına qarşı çıxıblar. Çünki İranın dəstəklədiyi terrorist qrupu İsrailə hücum təşkil etmişdi. Ali liderin meydan oxuyan tərzdə çıxışı iqtisadi sanksiyaların qaldırılmasına qarşı olanlar üçün fürsət oldu. Onlar belə halda İranın təsirinin artacağını deyirlər.

Ayətullah Xameneyi: "İslam Respublikası İsrail rejiminə qarşı ayağa qalxan və müqavimət göstərən hər kəsi tam dəstəkləyəcək."

Bu arada Moskvada Rusiya və İranın xarici işlər nazirləri razılaşıblar ki, iyul ayının 14-də Viyanada əldə olunmuş nüvə razılaşması hər iki ölkə arasında əlaqələri gücləndirəcək.

Cavad Zərif: "Bizim əlaqələrimiz hər zaman yaxşı olub və bu razılaşma iqtisadiyyat və müdafiə də daxil olmaqla inkişaf edən əlaqələrə hər sahədə müsbət təsir göstərəcək."

ABŞ hökumət sözçüsü razılaşmanın Tehranın nüvə silahı inkişaf etdirməsinin qarşısını almaq məqsədi daşıdığını bir daha vurğulayıb.

Con Kirbi: "İranla əlaqəli başqa problemlər də mövcuddur, ələlxüsus regionda onların sabitliyi pozan fəaliyyətləri. Heç bir şey dəyişməyəcək. Biz diplomatik, iqtisadi və ya hərbi sahələrlə bağlı vasitələri həmin fəaliyyətlərlə mübarizə üçün qoruyub saxlayacayıq."

Hətta nüvə problemi müvəffəqiyyətlə həll olunsa belə, İran və Birləşmiş Ştatlar İsrail problemi də daxil olmaqla bəzi məsələlərdə əleyhdar olaraq qalacaq. Onlar həmçinin Suriyadakı vətəndaş müharibəsində və Yəməndəki münaqişədə qarşı tərəfləri dəstəkləyirlər.

XS
SM
MD
LG