Accessibility links

İran rəsmisi: Raketlər İrana bu ildən çatdırılmağa başlaya bilər


Əli Şamxani

Əli Şamxani

İranın yüksək səviyyəli rəsmisi Rusiyanın müasir S-300 tipli raket müdafiə sisteminin bu ilin sonundan başlayaraq çatdırıla biləcəyini deyib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının başçısı Əli Şamxani prezident Vladimir Putinin İrana raket sistemlərinin çatdırılmasına qoyulmuş beş illik qadağanı aradan qaldırdıqdan bir gün Rusiyanın İnterfaks agentliyinə bəyanat verib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikay Petruşev İnterfaks agentliyinə bildirib ki, raket sisteminin çatdırılması istehsalçılardan asılıdır və prosesin başa çatdırılması üçün azı altı ay vaxt lazımdır.

Rusiya və İran arasında 800 milyon dollarlıq müqavilə 2008-ci ildə bağlanıb. Lakin Rusiya 2010-cu ildə BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra müqaviləni dondurmuşdu.

Birləşmiş Ştatlar cənab Putinin raket sisteminin çatdırılması haqda qərar verməsilə bağlı narahatlığını ifadə edib.

XS
SM
MD
LG