Accessibility links

ABŞ və Rusiya İranın nüvə proqramını müzakirə edib


Birləşmiş Ştatlar və Rusiya İranın nüvə proqramının xüsusi təklifə ehtiyacı olduğunu müzakirə edib. Beynəlxalq müzakirələrdə İranın nüvə silahları istehsalına çalışması ilə bağlı narahatlıq dilə gətirilir.

Rusiya Xarici İşlər naziri Serqey Lavrov ABŞ Dövlət Katibi Con Kerri ilə görüşdükdən sonra bildirib ki, İran nüvə proqramının sülhməramlı xarakter daşıdığını sübut etmək niyyətindədir.

Lavrov BMT Təhlükəsizlik Şurası və Almaniyanın İranla gələn həftə Cenevrədə keçiriləcək görüşündə iştirak edəcəyini deyib.

Kerri Birləşmiş Ştatların İranın Qərblə yaxınlaşma səylərinin rəğbətlə qarşılanadığını deyib, lakin dəyişikliyin sözlərlə deyil, konkret addımlarla əldə olunacağını vurğulayıb.
XS
SM
MD
LG