Accessibility links

İran və Rusiya hərbi əməkdaşlığı genişləndirir


Rusiya müdafiə naziri Sergey Şoyqo və iranlı həmkarı Hüseyn Dehqan

Rusiya müdafiə naziri Sergey Şoyqo və iranlı həmkarı Hüseyn Dehqan

Ölkələr arasında hərbi əməkdaşlıq memorandumu imzalanıb

Keçən günlərdə İran və Rusiya arasında hərbi əməkdaşlıq sənədi imzalanıb. İmzalanan memorandumun “separatizmə qarşı mübarizə” bölməsi İranın qeyri-fars qrupları mediasının gündəmində yer alıb.

İrana səfər edən Rusiya müdafiə naziri Sergey Şoyqu və onun iranlı həmkarı Hüseyn Dehqanın imzaladığı sənəddə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

İran televiziyası və xəbər agentliklərinə istinadən, regional təhlükəsizliyin təmin edilməsi, terrorizm, ifratçılıq və bölücülük ilə mübarizə memorandumda yer alan önəmli məsələlərdəndir.

Güney Azərbaycan televiziyasının veb səhifəsinin yazdığına görə, “bu müqavilədə əsas gözəçarpan məqamlardan biri bölücülüklə mübarizə məsələsidir.”

“İran və Rusiyanın mərkəzi dövlətlərinin kənarlarda yaşayan millətlərin milli haqlarını pozması hər iki ölkədə separatizm hərəkatın güclənməsinə səbəb olmuşdur,” deyə qeyd edən Günaz TV “İranda Güney Azərbaycan, Rusiyada isə Çeçenistan milli hərəkatı” kimi cərəyanlara işarə edib.

AZOH saytı isə İran-Rusiya hərbi əməkdaşlığı haqqında yaydığı xəbərdə İranın basqıları nəticəsində Azərbaycan Respublikasında güneyli fəallara qarşı təzyiqlərin artdığını diqqətə çəkib.

XS
SM
MD
LG