Accessibility links

Buşehr AES avqust ayında işə düşəcək

  • Amerikanın səsi

Buşehr AES avqust ayında işə düşəcək

Buşehr AES avqust ayında işə düşəcək

Rusiya rəsmiləri bildirir ki, İranda Rusiyanın köməyi ilə inşa edilən Buşehr nüvə elektrik stansiyasının avqust ayında elektrik hasil edəcəyi gözlənilir. Rusiya xəbər agentliyi Xarici İşlər nazirinin müavini Sergey Ryabkova istinadən İran İslam Respublikasının ilk nüvə elektrik stansiyasında testlərin demək olar ki, başa çatdığı haqda məlumat verib. İran min meqavat gücündə reaktora yanacaq naqillərini keçən ilin avqust ayında yerləşdirməyə başlamışdı. Qərb rəsmiləri Buşehr nüvə elektrik stansiyasına təhlükə kimi baxmasa da, İranın nüvə proqramında hər hansı bir inkişafın Tehranın nüvə qabiliyyətinin artırılmasına gətirib çıxara biləməsi ilə bağlı narahatlıqlarını bildirir.

XS
SM
MD
LG