Accessibility links

İran ABŞ-ın sanksiyaları yeniləməsini sərt tənqid edir


Iran's Foreign Minister Mohammad Javad Zarif recently urged Donald Trump to honor the Iran nuclear deal saying, it's not a bilateral agreement "for one side to be able to scrap."
Iran's Foreign Minister Mohammad Javad Zarif recently urged Donald Trump to honor the Iran nuclear deal saying, it's not a bilateral agreement "for one side to be able to scrap."

İranın xarici işlər naziri ABŞ Konqresində qəbul olunan son qərarı sərt tənqid edib. Konqres Tehrana qarşı sanksiyaların müddətinin uzadılmasına dair razılıq əldə edib.

Xarici işlər naziri Cavad Zərif İranın dövlət telekanalı olan IRIB-ə bildirib ki, sanksiyaların uzadılması "Amerika hökumətinin bütün dünyaya olan etibarsızlığını" göstərir.

Nüvə razılığı 7 ölkənin ciddi cəhdlərinin nəticəsidir və bir ölkənin bunu zəiflətməsinə icazə vermək olmaz.
Həsən Ruhani

"Amerika götürdüyü öhdəliklərə qarşı addım atır" - deyə o bildirib.

ABŞ Senatı iki gün öncə İrana qarşı sanksiyaların daha növbəti 10 il üçün uzadılmasının lehinə səs verib. Bu isə İranın bir neçə yüksək vəzifəli rəsmisinin sərt tənqidləri ilə üzləşib. Onlar ABŞ-ın ötən il iki ölkə arasında imzalanmış nüvə sövdələşməsini pozmaqda ittiham edir.

İran rəsmiləri düşünür ki, sanksiyaların uzadılması İran və ABŞ-da daxil olmaqla, 6 dövlət arasında imzalanmış nüvə razılaşmasını pozur.

İran prezident Həsən Ruhani də sanksiyaları uzadılmasını sərt tənqid edib.

"Nüvə razılığı 7 ölkənin ciddi cəhdlərinin nəticəsidir və bir ölkənin bunu zəiflətməsinə icazə vermək olmaz" - prezidentin dövlət xəbər agentliyi olan İRNA-ya açıqlamasıbda bildirdiyi deyilir.

Senatda qanun layihəsi ilə bağlı keçirilmiş səsvermədə 100 senatordan 99-u onun lehinə səs verib. Keçən ay Nümayəndələr Palatasında səsvermə zamanı qanun layihəsinə 419 qanunverici səs vermişdi.

Qanunvericilər İrana qarşı təzyiqlərin daha da artırıla biləcəyini istisna etmir.

İran rəsmiləri düşünür ki, sanksiyaların uzadılması İran və ABŞ-da daxil olmaqla, 6 dövlət arasında imzalanmış nüvə razılaşmasını pozur.

“Prezident seçilmiş Tramp və onun administrasiyası rejim tərəfindən düşmən addımlara cavab vermək üçün lazımi vasitələrə malik olacaq. Mən bu qanun layihəsinə həm Nümayəndələr Palatası, həm də Senatda güclü dəstək verilməsindən çox razıyam və Tehranın cavabdeh tutulması istiqamətində işin davam etdirilməsinə səbirsizlik gözləyirəm,” deyə Tennessi ştatından Respublikaçı senator Bob Korker bildirib.

Ağ Ev bəyan edib ki, Prezident Obamanın Konqresin icazəsi olmadan belə İrana qarşı snaskiyalar tətbiq etməyə geniş səlhaiyyətləri var lakin Ağ Evin sözçüsü Coş Ernest İran Sanksiyalar Aktına veto qoyulacağı barədə heç nə deməyib.

XS
SM
MD
LG