Accessibility links

İran hökuməti ölkənin iqtisadi durumunu gizlətməyə çalışır [Video]



Bir il bundan əvvəl İran Hava Yollarının pilotu qabaq təkəri açılmadığı zaman sərnişin təyyarəsini təhlükəsiz şəkildə yerə endirməsindən sonra qəhrəman kimi alqışlandı. Bundan sonra həmin pilot İrana tətbiq edilən beynəlxalq sanksiyalara qarşı kampaniyalara başladı. Lakin indi o, hökuməti rüsvay etdiyinə görə təqaüdə çıxmağa məcbur olub.

2011-ci il oktyabr ayının 18-i, İran Hava Yolları-742 reysli təyyarə Moskvadan Tehranın İmam Xomeyni Beynəlxalq Aeroportuna enişə hazırlaşır. 40 yaşı olan Boingin qabaq təkəri açılmır. Sərnişin və heyətlə birlikdə təyyarədə 113 nəfər var. Kapitan Huşəng Şahbazi inanılmaz şəkildə təyyarəni rəvan endirir və heç kim xəsarət almır. Belə bir qəhrəmanlıqdan sonra Şahbazi hökumət rəsmiləri ilə görüşür, televiziya verilişlərinə dəvət edilir.

Keçən ay Şahbazi özünün mübahisəli mesajını YouTube-a yerləşdirdi. “Təəssüflər olsun ki, Qərbin tətbiq etdiyi sanksiyalar İranda sərnişin təyyarələrinin qazaya uğramasına və yüzlərlə insanın ölməsinə səbəb olub.”

Şahbazi köhnə təyyarədə baş verən nasazlığı hissələrin köhnəlməsi ilə izah edib.
“Hökumətlər arasında baş verən siyasi çəkişmələrə görə adı insanların qurban getməsi ədalətsizlikdir. Mən bu məsələlərlə məşqul olan qanunvericilərdən İrana qarşı həyata keçirilən bu tipli sanksiyaları bir daha nəzərdən keçirmələrini xahiş edirəm.”

Belə görünür ki, müraciət İran hökumətinin hiddətinə səbəb olub. Özünün Facebook səhifəsində heç bir sosial fəaliyyətdə iştirak etməyəcəyinə dair vədi imzalamadığına görə Huşəng İran hökuməti tərəfindən vaxtından 9 il əvvəl təqaüdə göndərildiyini deyir.

Bu addımla bağlı İran hökuməti heç bir açıqlama verməyib. Lakin Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Mark Fitzpatrik İran hökumətinin Şahbazinin kampaniyasının açıqladığı nüvə proqramına qarşı həyata keçirilən sanksiyaların təsirlərini gizli saxlamaq istədiyini deyir. “ABŞ-ın İranla bütün ticarətinə qadağa tətbiq olunub və sərnişin təyyarələrinin hissələri humanitar səbəb üzündən istisna olunmur. Hesab edirəm ki, İran xalqının bundan əziyyət çəkməsi çox kədələndirici haldır. Bundan qurtuluş yolu var. Arzu edirəm ki, İran hökuməti bu yolu görəcək və onu seçəcək.”

Birləşmiş Ştatlar və Avropa Birliyi rəsmiləri uran zənginləşdirməsi üçün nüvə proqramına qarşı qoyulan sanksiyaların İrana böyük təsiri olacağını deyirlər. Tehran isə atom bombası istehsal etmək istədiyini inkar edir.

“İranın raket hazırlaması və nüvə proqramını inkişaf etdiməsi üçün hissə və komponentləri əldə etməsi çətinləşib. İran nüvə proqramını davam etdirsə də, planlaşdırdığı sürətlə hərəkət edə bilmir. Sanksiyalar həm də İranı danışıqlar masasına qayıtmağa məcbur edir.” - deyə, Mark Fitzpatrik bildirir.

Aviasiya üzrə təhlilçilərin fikrincə, diplomatic irəliləyişlər olmadığı halda İran köhnə təyyarələrinə hissələri qara bazardan almaqda davam edəcək.
XS
SM
MD
LG