Accessibility links

İran və beynəlxalq sanksiyalar


Rəsmi Tehran beynəlxalq ictimaiyyətin İranın nüvə silahı istehsal edə bilməsilə bağlı narahatlıqlarına əhəmiyyət verməyərək, uran zənginləşdirməyə davam etdikcə, Qərb ölkələri islam respublikasına qarşı sanksiyaları sərtləşdirir.

Bu yaxınlarda prezident Barak Obama İranın enerji və yük daşıma sektorlarını hədəf alan yeni sanksiyalara imza atdı. Bu addım İranda sənaye və bankları hədəf alan birtəfərli və çoxtərəfli sanksiyalara əlavə olaraq atılıb. Beynləxalq sanksiyalar İranın nüvə proqramı ilə əlaqədar tətbiq olunur. Qərb ölkələri İranın nüvə silahı istehsal etməyə çalışdığını iddia edir, Tehran bu isə bu iddiaları rədd edir.

İran dünya qüdrətləri, Birləşmiş Ştatlar, Britaniya, Rusiya, Çin və Fransa, habelə Almaniyanın daxil olduğu 5 üstəgəl 1 qrupu ilə danışıqların yeni raunduna başlamağa hazır olduğunu bildirib.

Global İnsight beynəlxalq təşkilatın nümayəndəsi Ceymi İnqram sanksiyaların İranı danışıqlar masasına gətirdiyini deyir:”Bu, birbaşa iranlıların cibinə təsir edir. Eyni zamanda, idxala məhdudiyyətlərin qoyulması ölkədə ərzaq çatışmazlığına gətirib çıxarır.”

Avropa İttifaqı ilə İran arasında ticarət dpvriyyəsi son aylar kəskin enib. İranla ticarətə dair məsləhət verən W Global şirkətinin icraçı direktoru Naycel Kuşner deyir ki, bu, Avropa banklarının ABŞ-ın qəzəbindən ehtiyat etməsi ilə əlaqədardır: ”Amerikalılar onlara yavaşca deyəcək ki, bunu etməyin. Beləliklə də onlar görə biləcəkləri işləri də görməyəcək. Mən İsveçrənin bir bankı ilə danışmışam. Orada mənə deyiblər ki, İrana göndəriləcək tibbi ləvazimat və humanitar yardıma görə pul köçürmələrini almaq istəyirik, amma bunu edə bilmirik.”

Kuşner deyir ki, İran sanksiyaların yurisdiksiyasından kənarda olan ölkələr axtarır:”Bu, çətin ola bilər, buna daha çox vəsait və vaxt tələb oluna bilər, onlar Çin kimi ölkələrə nəzər salacaq, bu, Türkiyə də ola bilər, çünki sanksiyalara riayət etməyə bilər.”

London universitetində təhlilçi Əli Fətullah Nejad deyir ki, İran ən çox bank sektoruna qoyulmuş sanksiyalardan əziyyət çəkir: ”Maliyyə və bank sektorlarında çox güclü sanksiyalar tətbiq edilib və bu da sonradan iqtisadiyyatın bütün sahələrini tədircən iflic edir.”

Əli Fətullah Nejad Qərbin diplomatik həll yolu tapılması üçün qarşıda hər hansı danışıqlardan öncə sanksiyaları müzakirə obyektinə çevirməli olduğunu deyir: ”Bu, iqtisadi inkişaf, vətəndaş cəmiyyətinin vəziyyəti, ölkənin daxilində və xaricdə iranlıları narahat edən bir məsələdir. Məsələ masa üzərinə qoyulmalıdır.”

Qarşıda danışıqlar gəlir, silsilə danışıqların növbəti raundu. Təhlilçilər diqqətin bu mərhələdə böhranın həlli deyil, qısa müddət üçün tərəflər arasında etibarın yaradılması məsələsinə yönələcəyini gözləyir.
XS
SM
MD
LG