Accessibility links

ABŞ-ın yüksək vəzifəli rəsmisinin sözlərinə görə, İran nüvə proqramı fəaliyyətlərini azaltdığına dair inam yaradacaq addımlar atsa, İrana qarşı sanksiyalar yüngülləşdirilə bilər. Ancaq o deyib ki, fundamental ölçülər İran bu fəaliyyətlərindən tam əl çəkənədək qüvvədə qalmalıdır.

Dövlət katibinin siyasi məsələlər üzrə yardımçısı Vendi Şerman bu gün Senatda keçirilən tədbirdə deyib ki, İranla hər hansı diplomatik təmas qüvvədə olan sanksiyaların güclü müqaviməti ilə müşayiət olunacaq. O, İranın uran zənginləşdirilməsi fikrindən daşınmaması səbəbilə tətbiq edilən ölçülərin "dünyada indiyədək görünən ən sərt sanksiyalar" kimi təsvir edib. Xanım Şörmanın sözlərinə görə, Tehran bu sanksiyalar sayəsində danışıqlar masasına gəlməyə məcbur olub.
XS
SM
MD
LG